İstifadəçi Şərtləri
Aqro Biznes Analizi (ABA)

Son yenilənmə tarixi: 2 Aprel 2026

Tətbiq: Aqro Biznes Analizi (ABA)

Məlumat sahibi: "SAIRS" MMC

Ünvan: Mikayıl Müşviq küç. 4B, mənzil 101, Massiv 1, Səbail ray., AZ1004, Bakı, Azərbaycan

Əlaqə: support@aba-az.com

Bu İstifadəçi Şərtləri ABA tətbiqindən istifadə qaydalarını, tərəflərin hüquq və vəzifələrini, platformanın istifadə şərtlərini və məsuliyyət çərçivəsini müəyyən edir. Tətbiqdən istifadə etməklə istifadəçi bu şərtləri oxuduğunu və qəbul etdiyini təsdiqləmiş sayılır.

1Tətbiqin məqsədi

ABA tətbiqi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istifadəçilərə yəni əkinçilərə, ticarətçilərə və müşahidəçilərə rəqəmsal platforma xidmətləri təqdim edir.

Tətbiq vasitəsilə istifadəçilər elan yerləşdirə, tender və hərraclara qoşula, aqrotexniki məlumatlar əldə edə, abunəlik xidmətlərindən yararlanabilər.

Tətbiqdən istifadəyə başlamaqla istifadəçi bu İstifadəçi Şərtlərini, həmçinin Məxfilik Siyasətini qəbul etmiş hesab olunur.

2Qeydiyyat və hesab

Tətbiqdən tam istifadə üçün qeydiyyat tələb olunur. Qeydiyyat zamanı istifadəçi aşağıdakı öhdəlikləri qəbul edir:

Qeyd: Hesabın təhlükəsizliyinə görə məsuliyyət istifadəçinin üzərinə düşür. Hesab məlumatlarının başqasına keçməsi nəticəsində yaranan zərər üçün ABA məsuliyyət daşımır.

3Məlumatların düzgünlüyü və istifadəçi məsuliyyəti

ABA istifadəçilərin platforma daxilində daxil etdikləri bütün məlumatların doğru olduğuna inanır və bu əsasda xidmət göstərir.

İstifadəçi tərəfindən yanlış, natamam və ya yanıltıcı məlumat daxil edilməsi nəticəsində yaranan hər hansı zərər, itkisi və ya mübahisə üçün ABA məsuliyyət daşımır.

4Şəxsi məlumatların paylaşılması

ABA platforması istifadəçilərə CV, sertifikat, əlaqə nömrəsi və digər fərdi məlumatlarını digər istifadəçilərlə (işəgötürən, alıcı, satıcı və s.) paylaşmaq imkanı verir.

İstifadəçi bu məlumatları elanın tələbləri əsasında paylaşır. Paylaşma əməliyyatını həyata keçirməklə istifadəçi aşağıdakıları qəbul etmiş sayılır:

Tövsiyə: Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl qarşı tərəfin etibarlılığından əmin olun. ABA etibarlılıq yoxlaması aparmır.

5Qadağan edilmiş hərəkətlər

Aşağıdakı hərəkətlər platformada qadağandır:

Qadağan edilmiş hərəkətlər aşkar edildikdə hesab xəbərdarlıq verilmədən bloklanabilər.

6Fırıldaqçılıqdan azad məsuliyyət

ABA platforma kimi fəaliyyət göstərir və istifadəçilər arasındakı əlaqələrə birbaşa tərəf deyil.

İstifadəçilərin bir-biri ilə münasibətlərindən, əməliyyatlarından və ya hərəkətlərindən irəli gələn fırıldaqçılıq, aldatma, mənimsəmə və digər haqsız hərəkətlər üçün ABA məsuliyyət daşımır.

Şübhəli hal aşkar etdiniz? Dərhal bizimlə əlaqə saxlayın: support@aba-az.com

7Hesabın bloklanması və xidmətin dayandırılması

ABA aşağıdakı hallarda istifadəçinin hesabını müvəqqəti və ya daimi olaraq bloklamaq hüququna malikdir:

Bloklanma qərarı barədə istifadəçiyə bildiriş göndərilə bilər, lakin bu öhdəlik kimi qəbul edilmir. Bloklanma zamanı aktiv abunəlik ödənişi geri qaytarılmır.

8Ödəniş şərtləri

Platformanın bəzi funksiyaları ödənişli abunəlik tələb edir. Ödəniş şərtləri aşağıdakı kimidir:

Qeyd: Abunəliyin müddəti bitdikdə avtomatik yenilənmə baş vermir; istifadəçi abunəliyi özü yeniləməlidir.

9Şərtlərdə dəyişikliklər

Bu İstifadəçi Şərtləri zaman-zaman yenilənə bilər.

Dəyişiklik olduqda:

Bildirişdən sonra tətbiqdən istifadəyə davam etmək yenilənmiş şərtlərin qəbul edilməsi hesab olunur.

10Əlaqə

Bu İstifadəçi Şərtləri ilə bağlı suallarınız, şikayətləriniz və ya müraciətləriniz üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

ABA Dəstək Xidməti

E-poçt: support@aba-az.com

Cavab müddəti: 30 iş günü